Avrasiya Universitetlər Birliyinin nümayəndə heyəti ATU-nun qonağı olub - FOTOLAR
14.08.2021 11:58
Azərbaycanda səfərdə olan Avrasiya Universitetlər Birliyinin (EURAS) nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Universitet rəhbərliyi ilə görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev nümayəndə heyətinə qocaman ali məktəbin tarixi, inkişafı, müasir dövrdə fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılan ali tədris ocağı özündə bir əsrə yaxın tarixi əhatə edir.
Prorektor S.Əliyevin sözlərinə görə, hazırda 7 mindən çox tələbənin təhsil aldığı ATU-nun 6 fakültəsi fəaliyyət göstərir: “Tədris sistemində ciddi dəyişikliklər aparılır, proqramlar digər ölkələrdəki universitetlərin proqramları ilə uyğunlaşdırılır ki, gələcəkdə tələbələrimiz rotasiyalarda çətinlik çəkməsinlər. ATU həmçinin xarici tələbə sayına görə də seçilir. Belə ki, universitetimiz xarici tələbə sayına görə ölkədə 1-ci yerdədir. Hazırda universitetimizdə 30 ölkədən 2300-dən çox xarici tələbə təhsil alır”.
Professor Sabir Əliyev qonaqlara həmçinin ATU-nun dörd klinikası - Tədris Stomatoloji, Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarının fəaliyyəti haqqında da məlumat verib. Qeyd edib ki, tələbələrin tədrisi üçün hər cür şərait yaradılan bu klinikalarda tədris treninq mərkəzləri, kompüter zalları, dərs otaqları, müasir texnologiyalarla təchiz olunmuş əməliyyatxanalar mövcuddur. Klinikalarla yanaşı universitetin 6 tədris binası, inzibati binası, 6 tələbə yataqxanası, böyük idman kompleksi, Nabranda yerləşən "Təbib" istirahət mərkəzi var”.
Prorektor S.Əliyev nümayəndə heyətinə Azərbaycanın tarixində yaşanan əlamətdar hadisə - torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan müharibə haqqında da danışaraq bu əməliyyatlarda ATU-nun hərbi fakültəsinin məzunlarının xüsusi fədakarlıq və qəhrəmanlıq göstərdiyini də vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, Avrasiya Universitetlər Birliyinin baş katibi, həmçinin İstanbul Aydın Universitetinin də beynəlxalq əlaqələr departamentinin məsul katibi Səbinə Hüseynova qəbul üçün təşəkkür edərək təmsil etdiyi qurum haqqında məlumat verib. O, Avrasiya Universitetlər Birliyinə 55 ölkədən 125 universitetin üzv olduğunu, bu məktəblərin hər birinin qurumun fəaliyyətində aktiv iştirak etdiyini, müxtəlif tədbirlər, elmi toplantılar və müzakirələrin təşkil olunduğunu bildirib.
S.Hüseynova 41 min tələbəsi, böyük kampusları, tibb fakültəsi olan İstanbul Aydın Universitetinin ATU ilə əlaqələrin inkişafına ehtiyac olduğunu bildirib. İki universitet arasında əməkdaşlığa dair sazişin mövcudluğunu xatırladan S.Hüseynova bu sənəd əsasında görüləcək işlərin gücləndirilməsinin vacib sayıb.
Sonda Azərbaycan Tibb Universitetinin də Avrasiya Universitetlər Birliyinə üzvlük məsələsi müzakirə olunub.
Görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Tahir Vəliyev, Xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov, Avrasiya Universitetlər Birliyinin Gənc səfiri Fərid Şahbazlı iştirak ediblər.
Görüşdən sonra nümayəndə heyətinin üzvləri ATU-nun Tədris Cərrahiyyə Klinikasını ziyarət ediblər. Klinikanın direktoru, professor Surxay Hadıyev qonaqlara burada tədris prosesinin gedişi və pasiyentlərin keyfiyyətli müalicəsi üçün yaradılan şəraitlə qonaqları tanış edib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

