Media nümayəndələri Uşaq Reabilitasiya Mərkəzində göstərilən xidmətlərlə tanış olublar
11.08.2021 16:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi KİV nümayəndələrinin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri ilə əyani tanışlığı üçün Agentliyin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

 

Aztibb.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun ölkədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastukturu müasir tələblərə uyğun qurulur, reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır. 2019-2020-ci illərdə və cari ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verilib.

 

Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanları daim genişləndirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan 2 saylı Uşaq Reabilitasiya Mərkəzi də ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.

 

Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Burada il ərzində 600-dək uşağa  bərpa müalicəsi xidmətləri göstərilir.

 

Müəssisədə həmin kateqoriyadan olan uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilərək, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır. Onlar praktikada özünü doğrultmuş fizioterapevtik prosedurlardan, müalicəvi vannalardan və s. istifadə edilməklə 15-dən çox növdə reabilitasiya xidmətləri, habelə sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə əhatə olunurlar.

 

Onu da bildirək ki, hazırda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri vardır. Ölkəmizdə uşaq reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində hazırda Qəbələ və Şəmkir rayonlarında da Uşaq Reabilitasiya Mərkəzləri inşa etdirilir.

 

Media nümayəndələri mərkəzdə yaradılmış şəraitlə, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərlə, həmçinin burada reabilitasiya kursu keçən uşaqların əl işləri ilə tanış olublar.

 

Jurnalistlərə  reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi və ona uyğun veb-əsaslı növbəlilik sistemi barədə də məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub