Yaponiya hökuməti koronavirusa yoluxan xəstələrin diskriminasiyasının qarşısını almağa çalışır
26.08.2020 09:27

Yaponiyanın Təhsil Nazirliyi koronavirusa yoluxmuş xəstələrin diskriminasiyasının qarşısının alınması ilə əlaqədar tədbirlər görməyə başlayıb.

 

Aztibb.az xəbər verir ki, bu məqsədlə Təhsil Nazirliyi bütün ölkə üzrə təhsil şöbələrinə və əlaqədar təşkilatlara xüsusi məktub göndərib.

 

Məktubda bütün məktəblilər və tələbələrdən virusa yoluxmuş və ya həmin xəstəliyin simptomları olan insanlara qarşı diqqətli olmaq, onları dəstəkləmək xahiş olunur.

 

Sənəd, həmçinin müəllimləri şagirdlərə qeyri-dəqiq və yalan informasiyalara ehtiyatla yanaşmağı, yalnız dəqiq elmi məlumatlar əsasında hərəkət etməyi tövsiyə etməyə çağırır.

 

Bildirilir ki, bu addım bir sıra xəstələrə və onların ailə üzvlərinə cəmiyyət tərəfindən göstərilən qərəzli münasibət barədə məlumatların yayılmasından sonra atılıb. Eyni zamanda, klasterlərin əmələ gəldiyi bir sıra məktəblər də həmin qərəzli münasibətin hədəfinə çevrilib.

 

Nazirlik, həmçinin belə diskriminasiyanın yaşandığı ərazilərdəki qaynaq xətt xidmətlərinə də bu barədə informasiya göndərib. Bununla bərabər, nazirlik tərəfindən həmin təhlükəli tendensiyanın qarşısını almaq üçün xüsusi videoçarxların hazırlandığı da bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib