Həkim reportajı: Zob xəstəliyi və diaqnozu
06.08.2021 14:03

Qalxanabənzər vəzi xəstəliklərini iltihabi və qeyri-iltihabi olaraq bölmək olar. Qalxanabənzər vəzinin qeyri-iltihabi xəstəlikləri dedikdə bildiyimiz zob, yəni vəzinin böyüməsi nəzərdə tutulur. Qalxanabənzər vəzi düyünləri də xoş və bədxassəli olmaqla 2 hissəyə bölünür. Digər qrup isə qalxanabənzər vəzinin iltihabi xəstəlikləridir. Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır.

 

Zobun diaqnozu adətən fiziki müayinə zamanı qoyulur. Zob həmçinin digər səbəblərə görə aparılan radioloji müayinələr (məs., yuxu arteriyalarının USM müayinəsi) zamanı təsadüfi tapıntı da ola bilər. Əgər düyünlərin ultrasəsdə şübhəli göstəricisi aşkarlanarsa biopsiya təyin edilir. Bu nəticələrin 90%-i əksərən xoşxassəli cavab olaraq gəlir. Qalxanabənzər vəzi xərçənginin növləri içərisində ölkəmizdə ən çox papilyar tipə rast gəlinir.

 

Ümumiyyətlə qalxanabənzər vəzi xərçənglərinin 75%-i bu növdür. Bu xərçəng növləri adətən 20-50 yaş arasında, qadınlarda kişilərə nisbətən 3 dəfə artıq müşahidə edilir. Folikulyar tip: bu qrup xəstələr daha çox 40-60 yaş arası qadınlardır. Bu tip qalxanabənzər vəzi xərçənglərinin 10 %-ni təşkil edir. Çox təəssüfki qalxanabənzər vəzi xərçəngi də cavanlaşan xəstəliklərindəndir. Zamanında müdaxilə ilə təhlükəsiz şəkildə aradan qaldırılır.

 

tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib