“Ana südü ilə qidalandırmanın əhəmiyyəti” mövzusunda onlayn təlim keçirilib
04.08.2021 18:47
TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin BMT-nin Uşaq Fondu (UNICEF), Elmi Tədqiqat Pediatriya İnstitutu və Qeyri Hökümət Təşkilatları (QHT) ilə əməkdaşlığı çərçivəsində “Ana südü ilə qidalandırmanın əhəmiyyəti” mövzusunda onlayn təlim keçirilib.
 
Aztibb.az xəbər verir ki, əvvəlcə TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, t.e.d. Emil İskəndərov çıxış edərək mövzunun aktuallığı və tədbirin əhəmiyyəti barədə danışıb.
 
Daha sonra K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) baş həkimi Səadət Ələsgərova, Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin məsləhətçisi Nahidə Mahmudova, BMT-nin Uşaq Fondunun (UNİCEF) Bakı ofisinin nümayəndəsi Vəfa Ağayeva, “Sağlam Nəsil” İB-nin rəhbəri Nigar Kamilova, ETPİ-nin həkim mütəxəssisi Günay Salehova, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyasının (ANDOP) mütəxəssisi Gülsüm Hüseynova mövzuya aid təqdimatlarla çıxış ediblər.
 
Təlimə analara və yenidoğulmuşlara tibbi xidmət göstərən müəssisələrin 200-ə yaxın əməkdaşı qatılıb.
 
Sonda müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub