Risk qrupuna daxil olan hamilə qadınlar üçün müayinə aksiyası keçirilib  - Səhiyyə Nazirliyi
02.08.2021 10:50

AR Səhiyyə Nazirliyi ucqar kəndlərdə yaşayan risk qrupuna daxil olan hamilə qadınlar üçün müayinə aksiyası keçirib. 

 

Ana və uşaq sağlamlığı hər zaman, hər bir ölkədə səhiyyənin prioritet istiqamətlərindən biridir.

 

Aztibb.az xəbər verir ki, Azərbaycanda son dövrlər aparılan islahatlar hər ölkədə olduğu kimi hamilə qadına göstərilən xidmətin yaxşılaşdırılması məsələsini gündəmdə saxlayır. Bu gün regionların sosial iqtisadi inkişafına, perinatal mərkəzlərin yaranmasına baxmayaq yenə də risk qrupuna daxil olan hamilələr bəzən yaradılmış xidmətlərdən kənarda qala bilirlər. Məsələn ucqar rayon və kəndlərdə risk qrupuna daxil olan hamilələr vardır ki, onlar üçün antenatal xidmətlərdən yararlanmaq hələ də əlçatmaz olaraq qalır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Regional İnkişaf İctimai Birliyi ilə birgə keçirtdiyi layihənin əsas məqsədi risk qrupuna daxil olan hamilə qadınlara xüsusiləşdirilmiş antenatal yardımın göstərilməsidir.

 

Bu məqsədlə böyük bir qrup həm mama-ginekoloqlar həm də funksional diaqnostika həkimləri 30-31 iyul tarixlərində Lənkəran Perinatal Mərkəzinin bazasında risk qrupuna daxil olan hamilələri müayinədən keçirəcək və lazımi tövsiyələr verəcəklər. 2 gün davam edəcək layihə çərçivəsində müayinələrlə bərabər ezam olunmuş həkimlər tərəfindən müvafiq mühazirələr də oxunacaq. Bu mühazirələr mamalığın ən aktual mövzuları ətrafında olacaq. Mühazirələrə Lənkəran Perinatal Mərkəzinin doğuşa yardım xidmətində çalışan tibb personalı və cənub bölgəsində fəaliyyət göstərən mama-ginekoloqlar, mamaçalar və radioloqlar dəvət olunub. Əsas məqsəd göstərilən tibbi xidmətin keyfiyyətin yaxşılaşdırılmasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub