ATU-nun şöbə müdiri İnönü Universitetinin rəhbərliyi ilə görüşüb
31.07.2021 22:11
Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov Türkiyənin Malatya şəhərində işgüzar səfərdədir.
 
Aztibb.az xəbər verir ki, səfər zamanı o, İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayla görüşüb.
 
Görüşdə Müşfiq Orucov ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb, iki universitet arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib.
 
Rektor Ahmet Kızılay Türkiyə-Azərbaycan qardaşlığı, 44 günlük Vətən müharibəsi və şanlı ordumuzun möhtəşəm zəfərindən danışıb. Bildirib ki, Qarabağ zəfəri İnönü Universitetində də böyük sevinclə qarşılanıb və bu münasibətlə geniş ədəbi-bədii tədbir keçirilib.
 
Universitetlər arasındakı əlaqələrin vacibliyini qeyd edən rektor bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivlərindən bəhs edib.
 
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. 
 
Görüşdə İnönü Universitetinin prorektoru, professor Nüsret Akpolat da iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub