Səhiyyə nazirinin birinci müavini şəhid ailələrinin övladları ilə görüşüb - FOTOLAR
30.07.2021 10:09

Səhiyyə nazirinin birinci müavini Teymur Musayev Buzovnada yerləşən Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin övladları ilə görüşüb.

 

Aztibb.az xəbər verir ki, səhiyyə nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin övladları ilə görüşüb.

 

Görüşdə Teymur Musayev dövlət başçısının vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı: “Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu qayğının nəticəsidir ki, Sanator-Kurort Reabilitasiya Mərkəzi 2020-ci il noyabrın 14-dən Birinci-vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin xidmətinə verilib”.

 

Teymur Musayev ötən ilin ölkəmiz üçün əlamətdar il olduğunu vurğulayıb: “Qəhrəman atalarınız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq”.

 

Çıxışının sonunda səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev hər birimizin Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borclu olduğunu vurğuladı: “Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman bizim mənəvi borcumuzdur”.

 

Mərkəzin baş direktoru Mürsəl Mürsəlov isə bildirdi ki, Mərkəzdə 1200–dən çox qaziyə nevroloji, psixoloji və fizioterapevtik müalicələr göstərilib və hazırda müəssisədə 50-dən çox qazimiz müalicə alır. Bundan əlavə, İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarının sanator-kurort və bərpa-müalicə xidmətinin keyfiyyətli həyata keçirilməsi məqsədilə Mərkəzin binasında müvafiq şərait yaradılıb. Burada onlara anaları ilə birlikdə sanator-kurort, bərpa-müalicə, o cümlədən istirahətlərinin səmərəli və effektiv keçirilməsi üçün müxtəlif növ əyləncəli tədbirlər və ekskursiyalar təşkil olunur.

 

Tədbirin sonunda İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin övladlarına hədiyyələr təqdim edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub