Azərbaycanın onkoloq-həkimləri beynəlxalq uğura imza atıblar - FOTO
29.07.2021 13:39

Azərbaycanda tibbin ən mürəkkəb və məsuliyyətli sahələrindən biri olan onkologiyanın problemlərinin həllinə yönələn səylər dövlətimiz tərəfindən həmişə dəstəklənir. Onkoloji xəstəliklərlə mübarizədə sahəsində çoxillik təcrübəyə malik olan Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalına onkoloji xəstəliklərin erkən diaqnostikası, profilaktikası və müalicəsi üçün hər cür şərait yaradılıb.

 

Mərkəz skrininq proqramlarının reallaşdırılması, əhaliyə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə yanaşı, dünyanın bir sıra nüfuzlu elmi- tədqiqat müəssisələri ilə uğurla əməkdaşlıq edir. Məqsəd nüfuzlu beynəlxalq xərçəng əleyhinə təşkilatlar, universitetlər və elmi-tədqiqat institutlarına üzvlük və onlarla ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək, kadr və təcrübə mübadiləsini həyata keçirməkdir.

 

2016-cı ildə Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzi  fəaliyyətə başlamışdır. Nüvə Təbabəti onkoloji, kardioloji, nevroloji və endokrinoloji xəstəliklərin xüsusi təyinatlı radiofarmasevtik dərman vasitələri ilə molekulyar və funksional görüntüləmə, həmçinin hədəfə yönəlmiş radionuklid müalicə aparmağa imkan verən və daim inkişaf edən tibbin klinik bir sahəsidir. Mərkəzdə quraşdırılan PET/KT – Pozitron Emissiya Tomoqrafiya cihazı bir sıra xəstəliklərin erkən diaqnostikasında uğurla tətbiq edilir.

 

Bununla yanaşı, Nüvə Təbabəti Mərkəzi Türkiyə, İran və Rusiyanı qabaqlayaraq Avropa Nüvə Təbabəti Assossiasiyası tərəfindən təsis edilmiş “Research for Life - EARL” akkreditasiya proqramına daxil edilərək, dünyanın inkişaf etmiş 27 ölkəsinin mükəmməl PET-KT mərkəzləri sihayısına salınmış, regionda müasir protokollara cavab verən yeganə mərkəzə çevrilmişdir. EARL (Research for Life) akkreditasiyasından keçdiyi üçün Mərkəz ilə akkreditasiya olunmuş digər qurumlar arasında beynəlxalq səviyyədə standartlaşdırılmış elmi- tədqiqatlar aparmaq mümkün olur.
 

Bu günlərdə həmçinin İngiltərənin "University College London Hospitalı" və Milli Onkologiya Mərkəzi arasında bağlanmış əməkdaşlıq sazişinin nəticəsi olaraq tibb elmləri doktoru, professor Əziz Əliyev, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov, Elnur Mehdi və İradə Əliyevanın həmmüəllifi olduqları “Hipofiz vəzi şişlərinin və neyroendokrin törəmələrin molekulyar diaqnostika və müalicə menecmenti” mövzusunda elmi tədqiqatın nəticələri  Avropa Nüvə Təbabəti Cəmiyyətinin rəsmi jurnalında ("European Journal of Hybrid İmaging") dərc olunub. 

 

Bu böyük uğurlar ölkəmizdə tibb sahəsində aparılan genişmiqyaslı davamlı islahatların konkret nəticəsi, milli səhiyyə sisteminin sürətlə müasirləşməsi və dünyanın elmi-praktik nailiyyətlərinə inteqrasiyasının göstəricisidir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb