Ümumdünya Hepatit Gününə həsr edilmiş konfrans işini məruzələrlə davam etdirir
28.07.2021 17:38

Ümumdünya Hepatit Gününə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı beynəlxalq tədbir işini məruzələrlə davam etdirir.

 

Aztibb.az xəbər verir ki, 300-dən çox mütəxəssisin iştirak etdiyi tədbir "ZOOM" platforması üzərindən keçirilir.

 

Konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov, Hospitalın rəsmi tərəfdaşı olan “Florence Nightingale” Xəstəxanalar Qrupunun İdarə heyətinin sədri, dr. Sinan Nazif Aran, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi  və digər tanınmış həkimlər iştirak ediblər.

 

Tədbir günün ikinci yarısında İstanbul Florence Nightingale Xəstəxanasının professoru İrfan Koruk və Mərkəzi Gömrük Hospitalın həkimi Aynur Səfiyevanın moderatorluğu ilə "Uşaq və böyüklərdə autoimmun və metabolik qaraciyər xəstəlikləri" paneli ilə davam edib.

 

Konfransda hepatitin törətdiyi fəsadlar, ona qarşı mübarizə yolları, hamiləlik və viral hepatitlər, COVID-19-un qaraciyərə təsiri, qaraciyər yağlanması və digər mövzularda müzakirələr aparılıb.

 

29 iyul tarixinədək davam edəcək konfransda ümumilikdə 24 məruzənin dinlənilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən də canlı yayımlanan tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 16 DTT balı qazanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub