Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır  
28.07.2021 11:54

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində baytar həkimlərin özəl xidmətə keçidinə dəstək göstərir. Layihə çərçivəsində 52 rayon üzrə 1416 baytar həkimin baytarlıq və sahibkarlıq fəaliyyətinin təşkili üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Biznes fəaliyyəti ilə bağlı təlimlər KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən həyata keçiriləcək.

 

KOBİA-dan bildirilib ki, Kürdəmir rayonunda müvafiq təlimlərə start verilib. Üç gün davam edəcək təlimlərdə ümumilikdə 28 baytar həkim iştirak edəcək. Agentliyin Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimdə baytarlıq fəaliyyətinin sahibkarlıq fəaliyyətinə çevrilməsi üçün baytar həkimlərə müvafiq məlumatlar və məsləhətlər verilib. COVID-19 pandemiyası ilə bağlı təlimlər 10 nəfərdən ibarət qruplar şəklində keçirilir.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, hazırda dövlət baytarlıq sistemində çalışan baytar həkimlərin özəl xidmətə keçidi nəzərdə tutulur. Təlim keçmiş bütün sahə baytar həkimləri layihə çərçivəsində özəl fəaliyyət üçün lazım olan baytarlıq ləvazimatı və avadanlıqları ilə təmin ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub