Pandemiyanın səhiyyə işçilərinin psixososial rifahına təsiri ilə bağlı müzakirələr aparılıb
26.07.2021 11:34
Pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinin psixososial rifahını təşviq etmək məqsədilə “COVID 19-a hazırlıq, mübarizə və bərpa müddətində psixi sağlamlıq və psixososial dəstək” təlimlərinə start verilib.
 
Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdə və Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən təlimlərdə “Psixi pozuntuların diaqnostikası, müalicəsi və psixoloji xidmət üzrə İşçi Qrupu”-nun üzvləri Cəmilə Məhərrəmova və İfrat Hüseynova təqdimatla çıxış ediblər. Onlar effektiv ünsiyyət prinsipləri, stresi idarə etmə texnikaları, özünəqayğı və psixi sağlamlığı qorumaq üçün profilaktik tədbirlər barədə tibb işçilərini maarifləndiriblər.
 
İnteraktiv formada davam edən təlimdə koronavirusla əlaqəli stiqma və COVID-19 pandemiyasının psixi sağlamlıq və səhiyyə işçilərinin psixososial rifahına təsirinə dair müzakirələr aparılıb, stresin idarə edilməsi üsullarının mənimsənilməsi üçün müxtəlif texnikaların tətbiqinə yer verilib.
 
Təlimlər İşçi qrupunun üzvləri Xanım Niftəliyeva, Mətanət Əliyeva və Mələk Seyidova tərəfindən Sumqayıt şəhər 1 saylı xəstəxana və Elmi-Tədqiqat Kardiologiya İnstitutunda davam etdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub