Bir sual, bir cavab - Piylənmə virusa yoluxma riskini artırırmı?
26.07.2021 14:02

Piylənmə koronavirusa yoluxma riskini artırırmı?

 

Aparılan araşdırmalar onu deməyə əsas verir ki, piylənmə COVID-19-a yoluxma riskini 6 dəfə artırır.


Pandemiyanın başladığı ilk dövrdə Çin və İtaliyadan gələn məlumatlara görə, ölüm riski faktoru kimi yaş və yanaşı xroniki xəstəliklər əsas götürülürdüsə, virus əhalisinin 50%-dən çoxu piylənmədən əziyyət çəkən ABŞ-a keçdikdə, fikirlər tamamilə dəyişdi. BKİ 30-dan yuxarı olan şəxslərdə ölüm riski 2 dəfə, 40-dan yuxarı olanlarda 4.5 dəfə, gənc və yaşı 60-dan aşağı olan belə kişilərdə isə daha da çox artır. Bu faktorun koronavirus xəstələrinin hospitalizasiyasında praktiki əhəmiyyəti var. Piylənməsi olan xəstələrin ilk baxışdan vəziyyəti yüngül görünsə də, onların çox qısa zamanda ağırlaşması mümkündür. Ona görə də, ilk növbədə bu xəstələr hospitalizasiya olunmalıdır.

 

Piylənməsi olan adam COVID-19-a yoluxduqda, müalicə etmək xeyli çətindir.

 

Qeyd edim ki, dünya səhiyyəsi piylənmə ilə əlaqədar çox böyük problemlərlə üzləşir. Səhiyyə sistemi, tibb müəssisələri bədən kütləsi 150 kiloqrama qədər olan pasiyentlərə xidmət üçün hesablanıb. Bədən kütləsi 150-dən çox olan pasiyentlərə KT, MRT, digər müayinələr etmək və xidmətləri həyata keçirmək bir sıra çətinliklər yaradır.

 

Bildiyimiz kimi, COVID-19 xəstələrinin tənəffüsünü rahatlaşdırmaq və oksigen təminatını artırmaq üçün üzü üstə uzanmaları tövsiyə olunur. Piylənməsi olan xəstələrdə isə bu, əks effekt verir. Piy toxuması koronavirus üçün münbit şərait yaradır. Piylənməsi olanlarda virusun qanda miqdarı, virulentliyi yuksək olur, virusun yaşama müddəti uzanır, ölüm riski artır.

 

tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib