Laboratoriyada insan ürəyi yetişdirilib – Dünyada İLK
24.08.2020 15:39

Ürək xəstəlikləri hər il dünyada milyonlarla insanın ölümünə səbəb olur. ABŞ Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, bu ölkədə hər 37 saniyədə bir insan ürək-damar xəstəliklərindən həyatını itirir.

 

Aztibb.az medimagazin.com.tr-ya istinadla xəbər verir ki, ABŞ-ın Miçiqan Ştat Universitetinin tədqiqatçıları dünyada ilk dəfə  laboratoriyada bütün əsas ürək hüceyrə növlərinə, ürək kameraları və damar toxumalarına malik olan miniatür insan ürəyinin modelini hazırlayıblar. 

 

"Mini ürəklər bu orqanla bağlı bütün problemləri dəqiqliklə öyrənmək üçün güclü modellər yaradır", - deyə universitetin biotibb mühəndisliyi üzrə professoru, işin həmmüəllifi Aitor Aquirre bildirib.

 

İnsan ürəyi orqanoidləri embrion və dölün inkişaf mühitini təqlid edən yeni bir kök hüceyrə sistemi sayəsində inkişaf etdirilib. Tədqiqatda tətbiq olunan biomühəndislik metodu sayəsində xəstələrdən götürülmüş pluripotent kök hüceyrələrin embrional ürəyin inkişafı kimi hərəkət etməsi təmin olunub.

 

Tədqiqatçılar növbəti mərhələlərdə yeni doğulmuşlarda ürək problemlərini öyrənmək üçün fetal ürək inkişafının təfərrüatlarına diqqət yetirməyi və insan ürək orqanoidini daha da təkmilləşdirməyi hədəfləyirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır