Kondisionerli otaqlarda koronavirus daha çox yayılır?
24.08.2020 15:50

Dünya miqyasında 23 milyon insanın yoluxduğu koronavirus haqqında daha bir araşdırmanı Almaniya tədqiqatçıları aparıb.

 

Aztibb.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun qapalı məkanlarda daha çox insana yoluxmasının ən önəmli səbəbi quru havadır.

 

Alimlərin açıqlamasına görə, havanın qurumasının başlıca səbəbi isə kondisionerdir.

 

Tədqiqatçılar kondisioner və quru havanın koronavirusun yayılmasını sürətləndirdiyini və əlverişli mühit yaratdığını bildiriblər.

 

Məlum olub ki, havasında nəmlik olan otaqlarda virus damlaları ağırlaşır və yüksək nəm səbəbindən daha sürətli şəkildə düşür. Beləliklə, insanların yoluxucu damlaları nəfəsi ilə çəkmə riski azalır. Lakin quru havada damlalar kiçilir və havada daha çox qalır. Bu da xəstəliyin yayılması üçün ideal mühit yaradır.

 

Həmçinin quru hava burunun selikli qişasını qurutduğuna görə, koronavirusun daha asan ötürülməsinə şərait yaranır. Buna görə də, alimlər otaqların orta rütubətinin 40-60 faiz olmasını tövsiyə edir. Virusun yayılmaması üçün pəncərələr açılmalı, otaqda çox insan olmamalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib