Bir sual, bir cavab - Uşaqları viruslardan necə qoruyaq?
21.07.2021 12:03

Yay aylarında uşaqları infeksiyalardan necə qoruyaq?

 

İnfeksiyalar həmişə olub və olacaq. İmmuniteti zəif olan uşaqlar hər virus infeksiyası keçirəndə fəsadlar baş verir. Bu təkrarlanırsa, uşaq immunoloji test edilir.

 

Virus infeksiyalarının ən təhlükəlisi qrip infeksiyasıdır. Qrip daha çox ağırlaşma verə bilər, meningit, pnevmoniya, bronxit s. yarada bilər. Hansı uşaqların ki, genetik allergiyası, obstruktiv bronxiti var, onlarda hər virus infeksiyasında ağırlaşma təkrarlana bilər. Biz daha çox risk qrupuna daxil olan, yəni obstruktiv bronxiti, astma, allergiyası olan uşaqları qorumağa çalışırıq ki, hər dəfə xəstələnəndə ağırlaşmasınlar.

 

Əgər xəstəlik 3 günlük hərarət olandan sonra keçirsə və uşaqların halı düzəlməyə başlayırsa, narahat olmağa dəyməz. Sadəcə, uşaqlara bol maye, C vitamini ilə zəngin olan qidalar, meyvə-tərəvəz çox  verilməlidir.

 

Uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. Lakin uşaqlar zərərli qidalar, kolbasa-sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul edəndə onların bağırsağında mikroflora məhv olmağa doğru gedir və immunitet zəifləyir. Sağlam qidalanan,  meyvə-tərəvəzi, lifli qidaları  bol yeyən, dərmanlardan, antibiotiklərdən uzaq olan, əvvəldən ana südü ilə qidalanan uşaqların immuniteti güclü olur.

 

Bundan əlavə, yay aylarında uşaqların kifayət qədər D vitamin qəbul etməsinə fikir vermək lazımdır. D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir. Dəniz kənarına gedib qaralmaq immuniteti gücləndirmək demək deyil, əksinə zəiflətməkdir. Çünki dərinin də immun xüsusiyyətləri var, dəri qaralanda immunitet zədələnir, dağılır. İmmuniteti gücləndirən əsas vitamin D vitaminidir. Bu vitaminin əskikliyi olarsa, immunitet də zəifləyər. Uşaqlar ilboyu imkan olan kimi Günəşlə təmasda olmalıdırlar. Uşaq bağlı, qapalı məkanlarda az zaman keçirməlidir.

 

Çox vaxt fəsil dəyişən kimi valideynlər dərhal gedib aptekdən balıq yağı, vitaminlər alırlar, amma bu səhvdir. Heç bir vitamin kompleksi və balıq yağı immuniteti möhkəmləndirmir.

 

Bundan başqa, risk qrupa daxil olan uşaqlara qrip əleyhinə peyvənd tətbiq olunur. Üumilikdə uşaqların qrip əleyhinə peyvənd olunması vacib deyil. Burada digər viruslar da olur, adeneviruslar, rotaviruslar və s. Hər bir virusun ağırlaşma təhlükəsi var, ona görə də uşaqları soyuqlamadan qorumaq lazımdır. Uşaqlara gigiyena qaydalarını öyrətməliyik ki, asqıranda, öskürəndə əlinə ağzına tutubsa, əllərini sabunlayıb yusun. Ayaqyoluna gedəndə, pilləkənlərdən, qapı dəstəyindən tutduqdan sonra, qida qəbul etməzdən əvvəl mütləq əllər yuyulmalıdır.

 

Pediatr Aytən İsmayılova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib