Azərbaycan Avropa kəllə-üz-çənə cərrahlarının XXV beynəlxalq konqresində təmsil olunub
18.07.2021 18:18

14-16 iyul 2021-ci il tarixlərdə Parisdə Avropa kəllə-üz-çənə cərrahlarının XXV beynəlxalq konqresi onlayn formatda keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə bu sahənin ən qabaqcıl mütəxəssisləri, dünya şöhrətli alimləri və gənc tətdqiqatçıları çıxış ediblər. Forumun elmi proqramına xüsusi dəvətlə fəaliyyəti örnək ola bilən bəzi ölkə və ya qitəni təmsil edən Cəmiyyətlər dəvət olunub (Amerika, Böyük Britaniya, Asiya, eləcə də Çin, Avstraliya, Yaponiya, Cənubi Koreya və s.   Ağız və Üz-çənə cərrahları Çəmiyyətləri). 

 

İlk dəfə olaraq bu şərəfli siyahıya Azərbaycan Ağız və Üz-çənə cərrahları Cəmiyyəti (AzOMFS) daxil edilib. Dəvət məktubunda son zamanlar ölkəmizin bu sahədə çalışan mütəxəssislərinin nailiyyətləri, həmin Cəmiyyət tərəfindən yüksək səviyyədə keçirilən beynəlxalq tədbirlər və ölkəmizdə dövlət tərəfindən səhiyyəyə olan dəstək qeyd edilib.

 

Konfransda qonaq cəmiyyətlərə ayrılan xüsusi səhifədə AzOMFS-in sədri, professor Çingiz Rəhimov moderator qismində Cəmiyyətin fəal üzvlərini, öz maraqlı tədqiqatları ilə artıq beynəlxalq aləmdə tanınan mütəxəssisləri dəvətli məruzəçi simasında təqdim edib. 

 

Milli Onkologiya Mərkəzinin direktor müavini, Baş və boyun cərrahiyyəsi şöbəsinin müdiri, professor Əziz Əliyev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Eldar Qasımov, Azərbaycan Tibb Universitetinin əməkdaşı, dosent Nigar Sultanova, Azərbaycan Təkmilləşdirmə İnstitutunun əməkdaşı, dosent Cavid Əhmədbəyli, Xüsusi Müalicə Sağlamlıq Kompleksi və Caspian International Hospitalın əməkdaşı, uzman-həkim Aydın Talışinskiy, Azərbaycan Tibb Universitetinin əməkdaşı, dosent İsmayıl Fərzəliyev məruzələrlə çıxış ediblər.

 

Konfransda Azərbaycan Ağız və Üz-çənə cərrahları Cəmiyyətinin fəaliyyəti yüksək qiymətləndirilib.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub