Vətən müharibəsinə türkiyəli həkimlər də səfərbər olunmuşdu - ATU-da görüş
17.07.2021 16:20
Bakıya səfərə gəlmiş Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Azərbaycan Tibb Universitetində olublar. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək ali təhsil müəssisəsinin fəaliyyəti, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün görülən işlərdən danışıb.
 
Aztibb.az xəbər verir ki, ATU-nun Hərbi tibb fakültəsi barədə də qonaqlara məlumat verən rektor G.Gəraybəyli torpaqlarımızın azadlığı ilə nəticələnmiş Vətən müharibəsində məhz bu fakültənin məzunlarının böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirdiklərini, onlardan bəzilərinin döyüşlərdə şəhidlik zirvəsinə ucaldıqlarını bildirib.
 
G.Gəraybəyli bu qəhrəman tibb işçilərinin xatirəsinin daim hörmətlə anılacağını qeyd edib.
 
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli türkiyəli qonaqların səfəri haqqında məlumat verib. Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin sədri Semih Uşaklıoğlu Azərbaycanın apardığı haqq savaşı dövründə türkiyəli həkimlərin də səfərbər olduğunu, Azərbaycana yardım üçün müraciət etdiklərini xatırladıb. S.Uşaklıoğlu dərnəyin üzvləri olan həkimlərin Azərbaycanı haqlı mübarizəsində daim dəstəklədiklərini vurğulayıb.
 
Görüşdə ATU-nun Hərbi tibb fakültəsinin dekanı Çingiz Əlləzov, Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, Ümumi işlər üzrə prorektor Tahir Vəliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov iştirak ediblər.
 
Qeyd edək ki, Türkiyə nümayəndə heyətində qurumun İdarə Heyətinin üzvləri professor Enver Özdemir, dr. Yavuzhan Baş, dr. Halit Gökalp Küçük, dr. Ceren Tunay və müəllim Merve Küçük təmsil olunublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub