Səhiyyə Nazirliyinin mütəxəssisləri Kəllə-üz-çənə cərrahlarının XXV Beynəlxalq Konqresində iştirak ediblər
16.07.2021 18:04

İyulun 14-16-sında Fransanın paytaxtı Parisdə onlayn formatda Avropa Kəllə-üz-çənə cərrahlarının XXV Beynəlxalq Konqresi keçirilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ABŞ, Böyük Britaniya, Çin, Avstraliya, Yaponiya, Cənubi Koreya və s. ölkələrin Ağız və Üz-çənə cərrahları cəmiyyətlərinin ən qabaqcıl mütəxəssisləri, dünya şöhrətli alimləri və gənc tədqiqatçıları iştirak ediblər.

 

Avropa Kəllə-üz-çənə cərrahlarının konqresində Azərbaycan Ağız və Üz-çənə cərrahları Cəmiyyəti (AzOMFS) ilk dəfə iştirak edib.

 

Konfransda AzOMFS sədri professor Çingiz Rəhimovun moderatorluğu ilə keçirilən qonaq cəmiyyətlərə ayrılan xüsusi səhifədə Milli Onkologiya Mərkəzinin direktor müavini, professor Əziz Əliyevin, Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, professor Eldar Qasımovun, ATU-nun dosenti Nigar Sultanovanın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Cavid Əhmədbəylinin və digərlərinin məruzələri dinlənilib.

 

Konfrans təşkilatçılarından daxil olan məlumata görə, Ağız və Üz-çənə cərrahları cəmiyyətlərinin arasında ən çox baxılan və yüksək qiymətləndirən AzOMFS üzvlərinin məruzələri sayılıb. Bu, Azərbaycan səhiyyəsinin böyük nailiyyətidir.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub