Azərbaycan mütəxəssisləri saxta əczaçılıq məhsulları ilə mübarizəyə dair videokonfransda iştirak ediblər
16.07.2021 14:05

MEDICRIME Konvensiyası tibbi məhsulların saxtalaşdırılmasına və əhalinin sağlamlığına təhlükə yaradan oxşar cinayətlərə qarşı qanun sahəsində Avropa Şurası tərəfindən təsis edilən beynəlxalq hüquqi sənəddir. Konvensiyanın əsas məqsədi qanundankənar fəaliyyətin cinayət məsuliyyətinə cəlb edilməsilə əhalinin sağlamlığının qorunması, həmin fəaliyyətin qurbanlarının müdafiəsi üzrə əməkdaşlığın milli və beynəlxalq səviyyədə təşviqi, eyni zamanda profilaktik tədbirlərin həyata keçirilməsidir.

 

Aztibb.az xəbər verir ki, Konvensiya 2011-ci il oktyabrın 28-də imzalanıb və 2016-cı il yanvarın 1-dən qüvvəyə minib. 2016-cı ilin iyulundan başlayaraq konvensiya 24 ölkə tərəfindən imzalanıb və 9 ölkə tərəfindən təsdiq edilib.

 

Əczaçılıq sahəsində mühüm əhəmiyyət daşıyan bu konvensiyaya ölkəmizin qoşulması üçün də addımlar atılır. Belə ki, MEDICRIME Konvensiyası yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə saxta əczaçılıq məhsulları ilə əlaqədar cinayətlərə qarşı beynəlxalq mübarizə vasitəsi” mövzusunda keçirilən videokonfransda Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri müşahidəçi qismində iştirak ediblər.

 

Avropa Şurasına üzv ölkələr də daxil olmaqla dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların 130-dan çox nümayəndəsinin iştirak etdiyi konfransda tibb və əczaçılıq məhsullarının saxtalaşdırılması ilə əlaqədar cinayətlərin araşdırılmasında MEDICRIME Konvensiyasının rolu və əhəmiyyəti, o cümlədən, əhalinin sağlamlığının qorunması məqsədilə qüvvədə olan cinayət qanunvericiliyindəki boşluqların aradan qaldırılması və icra mexanizminin təkmilləşdirilməsi üsulları müzakirə olunub.

 

Ölkəmizin MEDICRIME Konvensiyasını ratifikasiya etməsi gələcəkdə saxta əczaçılıq məhsulları ilə əlaqədar cinayətlərə qarşı mübarizədə mühüm mərhələnin bünövrəsini qoymuş olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub