Vətən müharibəsi qaziləri ilə görüşlər davam etdirilir
16.07.2021 11:18

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda Vətən müharibəsi qazilərinin bir qrupu ilə görüşlər keçirilib.

 

BŞGİBİ-dən bildiriblər ki, görüşlər Vətən müharibəsi qaziləri Nurlan Nuriyevin, İlham İsmayılovun və Ramazan Muradovun yaşadığı evlərdə təşkil olunub.

 

Qazilərlə söhbətlərdə onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları məsələləri müzakirə olunub. Onları maraqlandıran sualların müvafiq qurumlara çatdırılması üçün lazımi dəstəyin göstəriləcəyi qeyd edilib. Qazilərin Azərbaycanda keçirilməsi planlaşdırılan qılıncoynatma üzrə “Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub.

 

Diqqətə çatdırılıb ki, dövlətimiz şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir və vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir.

 

Xatırladaq ki, Xəzər, Suraxanı, Sabunçu, Xətai, Binəqədi, Yasamal, Qaradağ, Nəsimi, Nərimanov rayonlarında Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər artıq təşkil olunub. Layihə respublikanın bütün ərazisini əhatə edəcək.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?