MDB-də teletəbabət sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üzrə yol xəritəsi hazırlanacaq
15.07.2021 18:00

Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlər teletəbabət sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. 

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsində videokonfrans rejimində keçirilən milli elektron səhiyyə sistemlərinin inteqrasiyası üzrə İşçi Qrupun iclasında deyilib.

 

Ekspertlər MDB-yə üzv olan ölkələrdə teletəbabətin inkişafı ilə bağlı təcrübələrini bölüşüblər. Müzakirə zamanı qeyd olunub ki, bütün ölkələrdə teletəbabət məsləhətləşmə məsələlərini tənzimləyən normativ hüquqi baza mövcuddur, müasir texnologiyalar və xüsusi avadanlıqlardan istifadə olunur. Teletəbabətin istifadəsi, xəstələrin birbaşa tibb müəssisəsində konkret sahə üzrə mütəxəssislərin yardımını ala bilməmək, eyni zamanda müalicə xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, diaqnostikanın keyfiyyətini yaxşılaşdırmaq və sağlamlıq vəziyyətinin uzaqdan monitorinq etmək imkanı olmayan ərazilərdə konsultativ tibbi xidmətlər göstərməyə imkan verir. Bu, xroniki xəstəlikləri olan xəstələr və yaşlı insanlar üçün xüsusilə vacibdir.

 

Müzakirə zamanı qeyd edilib ki, COVID-19 pandemiyası zamanı teletəbabətin imkanları aktuallığını təsdiqləyib. Bu, ilk növbədə, telekonsilium, telemonitorinq, telekonsultasiyaların istifadəsi, reyestrin, məlumat bazalarının aparılması və bir sıra digər imkanlardır.

 

Ekspertlərin fikrincə, Birlik çərçivəsində çətin hallarda respublika elmi və praktik tibb mərkəzləri arasında “həkim-həkim” məsləhətləşmələrinə ehtiyac olacaqdır. Bu qarşılıqlı fəaliyyət üçün texniki və normativ-hüquqi əsaslar bütün MDB-yə üzv olan dövlətlərində mövcuddur.

 

Bundan əlavə, iclasda informasiya texnologiyalarının tətbiqi ilə tibbi yardımın təşkili və göstərilməsinin hüquqi əsaslarını müəyyən edən "Rəqəmsal səhiyyə haqqında" MDB-nin model qanun layihəsi müzakirə edilib.

 

Regional Birliyin rabitə sahəsindəki nümayəndələri 2017-2021-ci illər üçün MDB çərçivəsində informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün strategiyalar və vəzifələrin müəyyənləşdirildiyini qeyd ediblər. Bunlar elektron səhiyyə, inklüziv İKT təhsil, iqlim dəyişikliyi, “ağıllı” şəhərlər və İnternet-kommunikasiyalardır. Cari dövrdə həyata keçirilən beş regional təşəbbüsdən biri, istənilən yaşda hamının sağlam həyat tərzi və rifahının yüksəldilməsi üçün elektron səhiyyənin inkişafı oldu. Təşəbbüsün məqsədi dövlətlərə infokommunikasiyalardan istifadə edərək əhaliyə yaxşılaşdırılmış tibb xidmətləri göstərmək üçün elektron səhiyyə sahəsində (teletəbabət da daxil olmaqla) normativ mətnlər, texniki qərarlar və xüsusi təlim proqramları hazırlamağa kömək etməkdir.

 

Müzakirəni nəzərə alaraq işçi qrupunun üzvləri teletəbabət kommunikasiyaları sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üzrə yol xəritəsi layihəsini hazırlamağa və sentyabr ayında Minskdə əyani formatda növbəti görüş keçirməyə qərar veriblər.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır