Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub - Fotolar
14.07.2021 13:00
Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti arasında görüş keçirilib.
Aztibb.az xəbər verir ki, görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin tarixi barədə qonaqlara məlumat verib. Azərbaycan Tibb Universitetinin 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Tibb fakültəsinin bazası əsasında yaradıldığını bildirib. Rektor qeyd edib ki, yarım əsrdən çoxdur fəaliyyətdə olan ATU hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən böyük elm və tibb ocağıdır:
“Universitetimizə hər il 1000-ə yaxın tələbə qəbulu olur. Universitet nəzdində 4 böyük klinika fəaliyyət göstərir, tələbələrimiz asanlıqla klinik fənlərini burada mənimsəyə bilirlər. Həmçinin 6 fakültə fəaliyyət göstərir ki, bunlardan biri də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi tibb fakültəsidir. Hərbi tibb fakültəsinin tələbələri, əməkdaşları II Vətən müharibəsində iştirak etdilər, qəhrəmanlıq göstərdilər. Yaralılarımız və şəhidlərimiz oldu. Vətən müharibəsində şəhid olan tələbələrə, əməkdaşlara Allahdan rəhmət diləyirəm”.
Rektor Gəray Gəraybəylinin sözlərinə görə, son 3 il ərzində ATU-nun beynəlxalq əlaqələri günü-gündən artır. Həmçinin universitetin tədris proqramı yenilənir:
“İctimai səhiyyə fakültəsində ciddi dəyişiklər etmişik, yeni ixtisaslar açmışıq. Bizə bu işdə Türkiyə universitetləri böyük dəstək verib. Gələcəkdə Loğman Həkim Universiteti ilə müqaviləmizin praktikada özünü doğruldacağına, uğurlu şəkildə tələbə, həkim, master-klasslar mübadiləsinin aparılacağına inanıram”.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev beynəlxalq əlaqələrdən danışıb. Bildirib ki, ATU-nun 80 xarici universitetlə müqaviləsi var, onlardan 30-u Türkiyə universitetidir: “ATU xarici tələbə sayına görə ölkədə birinci yeri tutur. Universitetimizdə 2300 xarici tələbədən 700-ü Türkiyə vətəndaşıdır”.
Görüş zamanı nümayəndə heyətinin rəhbəri, Loğman Həkim Universitetinin rektoru, professor Bülənt Gümüşəl rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, Loğman Həkim Universiteti 2018-2019 tədris ilində akademik fəaliyyətə başlayıb. Universitetdə tibb, Stomatologiya, Əczaçılıq, İctimai səhiyyə, İdman fakültələri, sağlıq xidmətləri üzrə peşə təhsili məktəbi var. 5 fakültə üzrə 2377 tələbəsi olan universitetin həm də Sağlıq Bilimləri İnstitutunda elmi tədqiqatlar aparılır. Loğman Həkim Universitetinin araşdırma mərkəzləri də fəaliyyət göstərir.
Görüşdən sonra qonaqlar ATU-nun Tədris Stomatoloji, Tədris Terapevtik Klinikası, Tədris Cərrahiyyə Klinikasına, anatomiya muzeyinə və bir sıra tədris binalarına baxış keçirib, universitet kampusu ilə tanış olublar.
ATU-nun ümumi işlər üzrə prorektoru Tahir Vəliyev, Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov, beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov iştirak edərək, hər biri öz sahəsi üzrə ATU-da aparılan yeniliklər, islahatlar haqqında məlumat veriblər.
Görüşdə iştirak edən Türkiyənin Loğman Universitetinin İdarə Heyətinin sədri Mehmet Altuğ, rektorun müşaviri professor Ayşə Karaduman, universitetin Səhiyyə elmləri fakültəsinin və Tibb bacısı şöbəsinin müdiri, professor Fatma Öz və Əczaçılıq fakültəsinin dekanı, professor Belma Gümüşel gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

