Ümumdünya Hepatit Gününə həsr edilmiş beynəlxalq elmi tədbir keçiriləcək
09.07.2021 10:42

28-29 iyul 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən 28 iyul Ümumdünya Hepatit Gününə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı onlayn elmi tədbir keçiriləcəkdir.

Aztibb.az xəbər verir ki, 2 gün ərzində həyata keçiriləcək tədbirdə “Viral hepatitlər”, “Uşaq və böyüklərdə autoimmun və metabolik qaraciyər xəstəlikləri”, “Qaraciyər transplantasiyasına multidisiplinar yanaşma” mövzularında panel müzakirələr, eləcə də təcrübə mübadiləsinin təmin olunması üçün sual-cavab sessiyaları təşkil olunacaq. Ümumilikdə tədbirdə yerli və beynəlxalq mütəxəssislər tərəfindən 24 məruzə dinləniləcək.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya onlayn sertifikat veriləcək.

Tədbirdə iştirak ödənişsizdir. 

Qeydiyyatdan keçmək mütləqdir.

Proqramla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: 
https://customshospital.az/28-iyul-umumdunya-hepatit.../...

Qeydiyyatdan keçmək üçün link: 

https://forms.gle/GSxUVWCSTdFqHa5f6

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub