Orta əsrlərdə azərbaycanlı həkimlər - Birinci yazı
08.07.2021 13:01

Orta əsrlərdə yaşayıb yaratmış azərbaycanlı həkimlərin əlyazmaları müasir tibb üçün böyük əhəmiyyət daşıyır. O dövürdə yaşamış alimlər öz əsərlərini türk, fars, ərəb və başqa dillərdə əski əlifba ilə yazdıqlarından bu əsərləri geniş kütlə istifadə edə bilmirdi. Zamanla həmin əlyazmalar tədqiqata cəlb edildikdən sonra daha əhatəli öyrənilməyə başlandı.

 

Aztibb.az orta əsrlər azərbaycanlı həkimlərin fəaliyyətinə dair maraqlı məlumatları təqdim edir.

 

Bu dövrdə yaşayan alimlərdən biri Əbülhəsən Bəhmənyar öz əsərlərində sağlam və xəstə orqanizmdə ruh ilə cismin vəhdətinə geniş yer verib.O, İbn Sina və ondan sonrakı həkim və filosoflar kimi daima materiyanın bioloji hərəkət formasının xüsusiyyətlərini öyrənib, onun tibb üçün çox mühüm olmasını göstərib.

 

Erkən orta əsrlərdə məşhur Azərbaycan həkimlərindən biri də X əsrdə yaşayıb-yaratmış Əbu Mənsur Hərəvidir. Onun sonralar tələbələri tərəfindən də əlavələr edilmiş dərman bitkiləri haqqında əsərində 500-dən çox bitkinin, 100-ə yaxın mineral maddənin və bəzi üzvü preparatların adları qeyd olunub.

 

Kitabda dərmanın xəstəyə təyin edilməsi zamanı xəstənin yaşının, fərdi xüsusiyyətlərinin və hətta dərman bitkilərinin əkildiyi yerlərin və dərman qəbul edilən zaman ilin fəsillərinin nəzərə alınması göstərilib. Həkim daxilə və xaricə qəbul edilən dərmanların müxtəlif üsullarla – sürtmək, yaxmaq və ya buxarlandırma yolu ilə işlədilməsini bildirib. O, əsərlərində qan dövranı xəstəliklərinə böyük yer verib, lazım gəldikdə qan almağı və bu məqsəd üçün zəlilərdən də istifadə etməyi məsləhət görüb.

 

Erkən orta əsrlərdə fəaliyyət göstərmiş azərbaycanlı həkim və alimlər sırasında İsa əl-Rahi xüsusi yer tutur. Həkimin “Tibb” adlı kitabı bizə gəlib çatan qısa, lakin qiymətli əsərlərindəndir. O, sağlamlığın qoruyub saxlanmasında, orqanizmin müxtəlif sistemləri arasındakı harmoniyaya böyük əhəmiyyət verirdi və hesab edirdi ki, bunun pozulması xəstəlik yaradar. Elə buna əsasən də sağalmanın əsas səbəbini pozulmuş harmoniyanın bərpasında görürdü.

 

Hələ X əsrdə İsa əl-Rahi fizioloji və patoloji hallarda orqanizmə vahid bir sistem kimi baxırdı və qeyd edirdi ki, bədənin hər bir nahiyəsində baş verən dəyişikliklər mütləq bütöv orqanizm səviyyəsində özünü göstərməlidir. Xəstəliklərin əmələ gəlməsində və sağalmada insanın təbiətinin və sağlamlığının rolunu yüksək qiymətləndirirdi.

 

İsa əl-Rahi öz dövründə xəstəliklərin təsnifatını verib, travmalar, psixi xəstəliklər, irinli dəri xəstəlikləri, ayrı-ayrı sistemlərin və orqanların xəstəliklərini qruplaşdırıb. Həkim müalicədə fitoterapiyadan geniş istifadə edib, orqanizmin müqavimətini artıra bilən dərmanlara daha çox əhəmiyyət verib.

 

Klassik orta əsrlərdə fəaliyyət göstərmiş görkəmli Azərbaycan filosof və həkimlərindən biri də Möhzabəddin Təbrizi idi. Möhzabəddin xəstənin xarici görünüşünü, dərisinin rəngini və bədən hərarətini təyin etməklə bərabər, ağrı, atrofiya və s. olmasına fikir verirdi, dərinin yaş və quru olmasını yoxlayırdı. Xəstənin ifrazatını vizual müayinə edirdi, onun hissini, hərəkətini və psixi fəaliyyətlərini yoxlayırdı. Həkim hələ o zaman patogen amillərin sırasında termiki, mexaniki, kimyəvi, psixi və s. amillərlə bərabər gözə görünməyəm amillərin də olmasını qeyd edib.

 

Ardı var...

İmran Axundovun “Tibbin tarix və fəlsəfə ilə əlaqəsi” monoqrafiyasından

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq