ÜST rəhbəri: "Koronavirus pandemiyasının çox təhlükəli mərhələsi çatıb"
07.07.2021 08:59

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının çox təhlükəli mərhələsinin çatdığını bildirib.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş direktor hazırda virusla mübarizə üçün köməkçi vasitələrə, ilk növbədə peyvəndlərə sahib olan dövlətlərin məhdudiyyətləri yumşaltdığını deyib.

 

“Bununla yanaşı, effektli vasitələrə əli çatmayan ölkələr daha çox kütləvi xəstəxanaya yerləşdirilmə və ölüm halları ilə qarşılaşır. Bu, virusun yeni ştammları ilə daha da kəskinləşir”, - deyə ÜST rəhbəri əlavə edib.

 

Onun fikrincə, belə bir vəziyyətdən yeganə çıxış yolu ölkələr arasında testlərin, peyvəndlərin, dərmanların və qoruyucu vasitələrin ədalətli paylanmasıdır: “Bu, raket istehsalı və ya xeyriyyəçilik deyil. Bu, bütün maraqlara cavab verən məntiqli ictimai səhiyyə xidmətidir”.

 

Təşkilat rəhbəri qeyd edib ki, hər şeyin yaxşıya doğru dəyişiləcəyinə ümid var, COVAX peyvənd paylanılması proqramı buna misaldır. Qebreyesus ölkələri bu istiqamətdə öz səylərini artırmağa çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir