ÜST psixi sağlamlıq və psixo-sosial dəstək sahəsində fəaliyyətini genişləndirir
06.07.2021 17:35

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əsas hissəsi Avropa İttifaqının Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü və BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondu tərəfindən təmin edilən maliyyə dəstəyi ilə COVID-19 pandemiyası və Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə ölkənin artan ehtiyaclarına cavab olaraq 2020-ci ilin sonlarından bəri 98 psixi sağlamlıq və psixo-sosial dəstək (PSPSD) mütəxəssisinə təlim keçilməsini təşkil edib.

 

Nümayəndəlikdən bildirilib ki, onlardan 51 nəfəri təlimçilər üçün proqramlarda iştirak edib və hazırda həmkarlarına təlim keçməkdədirlər. ÜST-ün Kolumbiya Universiteti və Queen Margaret Universiteti ilə əməkdaşlığı çərçivəsində 32 mütəxəssis bu təhsil müəssisələrində onlayn təlim proqramlarına qatılıb. Bundan əlavə, EMDR Azərbaycan və ÜST-ün ölkə ofisinin birgə əməkdaşlığı nəticəsində 15 mütəxəssis EMDR terapiyası üzrə sertifikat proqramına başlayıb.

 

ÜST Azərbaycan, həmçinin COVID-19-la bağlı bütün layihələrinə PSPSD komponenti əlavə edib və PSPSD mütəxəssislərini Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda təcili ehtiyacların ödənməsi üçün işə cəlb edib. Bundan əlavə, ÜST Azərbaycan yaxın vaxtlarda Səhiyyə Nazirliyi və Sosial Xidmətlər Agentliyinin səhiyyə müəssisələrində pasiyentlərə dəstək olmaq üçün psixoloqları və sosial işçiləri işə cəlb edəcək.

 

PSPSD sahəsində bacarıqların inkişaf etdirilməsi tədbirlərinin aralıq nəticələrini müzakirə etmək üçün təlim iştirakçıları, Kolumbiya Universiteti və Queen Margaret Universitetinin nümayəndələri, artan PSPSD ehtiyaclarının ödənilməsi üçün ÜST-ün yaxından əməkdaşlıq etdiyi Səhiyyə Nazirliyi, TƏBIB, Fövqəladə Hallar Nazirliyi, Sosial Xidmətlər Agentliyi və yerli və beynəlxalq QHT-lərin təmsilçilərini bir araya gətirən onlayn görüş keçirilib.

 

Görüş zamanı qeyd edilib ki, PSPSD sahəsində görülmüş işlər ÜST-ün yerli və beynəlxalq tərəfdaşları, layihə donorları və ayrı-ayrı mütəxəssisləri ilə birgə komanda işini nəticəsidir. Tədbir iştirakçıları uzunmüddətli ehtiyacların qarşılanması üçün də eyni komanda ruhunda əməkdaşlığı davam etdirməyə hazırlıqlarını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər