ÜST: Dünyada koronavirusa yoluxma ilə bağlı vəziyyət sabitləşib
06.07.2021 09:25

Son iki həftə ərzində dünyada koronavirusa yoluxma halları ilə bağlı vəziyyət "çox yüksək səviyyədə sabitləşib".

 

Aztibb.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan deyib.

 

M.Rayan bildirib: "Son iki həftə ərzində yoluxma qrafikinə baxsaq, bir növ sabitləşmə olduğunu, lakin bunun çox yüksək səviyyədə olduğunu görə bilərik". Qeyd edək ki, ötən həftə ərzində dünyada koronavirusa 2,6 milyon yoluxma və 54 min ölüm halı qeydə alınıb.

 

Onun sözlərinə görə, hazırda dünyada epidemioloji vəziyyət "2-3 ay əvvəlkindən daha yaxşıdır". Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə yoluxma hallarının sayında kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım qeydə alınıb.

 

Proqram direktoru qeyd edib ki, bu hal koronavirusun yeni, daha çox yoluxucu ştammlarının ortaya çıxması, ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və insanlar arasındakı təmasların artması da daxil olmaqla müxtəlif amillər səbəbindən baş verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir