Avropa İttifaqı və ÜST Azərbaycanda epidemioloji müşahidə qabiliyyətinin artırılmasına dəstək göstərir
05.07.2021 18:40

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19-a qarşı peyvəndləməyə dəstək” layihələri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi, ÜST-ün Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi ilə birlikdə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Ağdam, Füzuli, Tərtər və Ağcabədi), o cümlədən Abşeron və Bakıdakı səkkiz COVID-19 peyvənd məntəqəsində və beş ilkin səhiyyə müəssisəsində infeksiyanın profilaktikası və nəzarət üzrə vəziyyəti qiymətləndirib.

 

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, COVID-19 peyvənd məntəqələrinin qiymətləndirilməsi peyvəndlərin pasiyentlərə COVID-19 və ya digər infeksiya riski olmadan təhlükəsiz şəkildə vurulmasını təmin etmək üçün aparılıb. İlkin səhiyyə mərkəzlərindəki qiymətləndirmə yerli tərəfdaşların tələbi ilə yaradılacaq ilkin səhiyyə üzrə milli bələdçinin hazırlanmasına istiqamət verəcək. Qiymətləndirmələr zamanı əl gigiyenasına dair maarifləndirici materiallar paylanılıb və tibb işçilərinə əl gigiyenası ilə bağlı ən son tövsiyələr verilib.

 

25 ilkin səhiyyə işçisi və vaksinator üçün infeksiyanın profilaktikası və nəzarət prinsiplərinə dair açıq havada təlimlər keçirilib. Fiziki məsafə saxlanılmaqla keçirilən təlimlərdə infeksiyaya nəzarət və əl gigiyenası, peyvəndlərin təhlükəsiz inyeksiyası və cəmiyyətin COVID-19-dan qorunması prinsiplərindən bəhs edilib.

 

Bundan əlavə, Bərdə, Tərtər və Ağdam rayonlarındakı Gigiyena və Epidemiologiya mərkəzlərində epidemioloji müşahidə, yoluxma hallarının araşdırılması və təmasın izlənməsi üzrə qiymətləndirmələr aparılıb. Müəssisələrdəki peyvənd anbarlarının lazımi temperaturda saxlanılması və peyvəndlərin təhlükəsiz şəkildə tədarük olunması da yoxlanılıb.

 

Bu fəaliyyətlər ölkədəki mövcud fövqəladə hallar bitəndən sonra da infeksiyanın qarşısının alınması və nəzarət, o cümlədən epidemioloji müşahidə sisteminin təkmilləşdirilməsinə yardım edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir