Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 10 tədqiqat işi müzakirə edilib  
05.07.2021 09:52

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 6-cı iclası şuranın tibb seksiyası ilə birgə keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün tibb üzrə 10 işin müzakirəyə çıxarıldığını bildirib. Tibb seksiyasının elmi katibi, tibb elmləri doktoru, dosent Rasim Cəfərli dissertasiya mövzularını təqdim edib.

 

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə AMEA-nın müxbir üzvləri Nuru Bayramov, İlham Şahmuradov, tibb elmləri doktoru, professor Eldar Qasımov, biologiya elmləri doktorları Aydın Əsgərov, Yaşar Feyziyev, Səyyarə İbadullayeva, Elman İsgəndər, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov və başqaları iştirak ediblər.

 

Tibb seksiyasının üzvləri – Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Nizami Bağırov, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Valeh Mirzəzadə, Azərbaycan Tibb Universitetinin əməkdaşları - tibb elmləri doktoru Şəymən Qədimova, tibb elmləri doktoru, professor Emma Ağayeva, kafedra müdiri, tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov, assistent, tibb üzrə fəlsəfə doktoru Rüfət Hüseynli, tibb elmləri doktoru, professor Balakişi Hüseynov və başqaları çıxış edərək tibb üzrə müzakirə edilən mövzulara öz münasibətlərini bildiriblər.

 

Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar “Zoom” proqramı üzərindən iclasa qoşulublar.

 

Tibb üzrə müzakirəyə çıxarılmış 9 mövzu müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub