İsveçrəli epidemioloq: Virusla yaşamağı öyrənməliyik!
03.07.2021 19:10

COVID-19 epidemiyasına qarşı Fransanın mübarizəsini qiymətləndirən İsveçrəli epidemioloq və yoluxucu xəstəliklər mütəxəssisi professor Didier Pittet, “bizi tərk etməyəcək bu virusla yaşamağı öyrənməliyik.” deyib.

 

Aztibb.az xəbər verir ki, bu fikir İsveçrəli professorun 200 səhifəlik hesabatında yer alıb.

 

“Virusların təbii bir təkamülü var və bunlar zamanla ortaya çıxır, əks halda sağ qalmazdılar. Hazirda təhlükə yaradan Delta variantı daha yoluxucu və daha ölümcüldür. Bu normal haldır ki, bir virus həyatda qalmaq üçün daha çox yayılmalı, daha yoluxucu olmalıdır və ölməmək üçün dəyişməlidir.”

 

Koronavirusun heç vaxt tükənməyəcəyini vurğulayan D.Pittet zamanla virusla yaşamağı öyrənəcəyimizi deyib. COVID-19-a qarşı immunitet qazanmaq üçün illərin lazım olduğunu bildirən epidemioloq, peyvəndin bu mərhələləri sadəcə sürətləndirməyə kömək etdiyini söyləyib.

 

4-cü, 5-ci və 6-cı dalğa risklərinin olacağını bildirən D.Pittet vurğulayıb ki, nə qədər çox insan peyvəndlənərsə, risk bir o qədər az olar. 

 

“Testdən keçilməli və lazımi təqdirdə təcrid olunmalıyıq. Bundan əlavə, sağlamlıq pasportlarından istifadə etmək lazımdır ki, yalnız sağlam insanlar müəyyən fəaliyyətlərə daxil ola bilsinlər.” 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib