Koronavirusu gizli keçirənlərlə bağlı qaydalar hazırlanır
03.07.2021 08:24

“Peyvənd təminatı ilə bağlı Azərbaycanın istehsalçılarla razılıqları var”.

 

Aztibb.az xəbər verir ki, Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib. O, bildirib ki, peyvəndlərin həm yararlılıq, həm də saxlanma müddəti nəzərə alınaraq birdəfəlik gətirilməsi məqsədəuyğun sayılmır: “Peyvəndlər partiyalarla gəlir. Ona görə 16 milyon doza peyvəndin ölkədə təminatı ilə bağlı heç bir problem olmayacaq. Bu gün faktiki olaraq bütün Avropa ölkələri ÜST-ə daxildirlər. Onlar ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri öz peyvənd cədvəllərinə daxil edib, Azərbaycan da həmçinin ancaq ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri istifadə edir. Buna görə Avropa ölkələri ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri vurduranların COVID pasportunun qəbul olunmasını təmin edəcəklər. Onların başqa yolu yoxdur. Bu gün hər hansı Avropa ölkəsi bir peyvəndə üstünlük verirsə, o demək deyil ki, digər peyvəndi pasport kimi qəbul etməyəcək. Sadəcə bu, vaxt məsələsidir. Əgər ÜST tərəfindən tanınırsa, demək keyfiyyətlidir və Avropa İttifaqı tərəfindən tanınmalıdır. Lakin ikili standartlar həmişə mövcuddur. Ola bilər ki, bəzi Avropa ölkələri yenə öz daxili qaydaları çərçivəsində müəyyən peyvəndi qəbul etməsinlər. Bu, yenə də onların ikili standartları və maraqları baxımından müəyyən siyasət həyata keçirməsinə gətirib çıxara bilər”.

 

S.Məmmədov qeyd edib ki, koronavirusu gizli keçirənlər, anticisimlər yarananlar COVID pasportu əldə edə bilmirlər: “İstər TƏBİB, istərsə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu anlayır. Bu insanın yoluxma vaxtı, yoluxubsa onda anticisimlərin hansı müddətdə öz təsirini saxlaması kimi suallar elmi cəhətdən düzgün standartların hazırlanmasına gətirib çıxaracaq. TƏBİB və Operativ Qərargahla gündəlik müzakirəmiz nəticəsində bildirilib ki, bunun üzərində iş gedir. Əminəm ki, bu insanların problemləri kənarda qalmayacaq. Tezliklə lazımi qaydalar hazırlanacaq. Lakin bu gün anticisimləri olan insanların belə peyvənd olunması əks göstəriş deyil. Anticisimlər olduğu halda belə həmin insanların peyvənd vurdurması məsləhətdir və bu şəkildə asanlıqla COVID pasportunu əldə edə bilərlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib