ÜST Şamaxıda TƏBİB-ə 3 mobil klinika təhvil verib  
02.07.2021 15:21

"PROACT-Care" layihəsi çərçivəsində ÜST Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib.

Aztibb.az xəbər verir ki, tədbirdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB sədri Ramin Bayramlı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger iştirak ediblər.

 

Məlumata görə, mobil klinika sayəsində rayonda qeyri-infeksion xəstəliklərin vaxtlı-vaxtında diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq. Mobil klinikadan Şamaxıda COVID-19-a qarşı mübarizədə də istifadə olunacaq.

 

Tədbirdə çıxış edən TƏBİB sədri Ramin Bayramlı bildirib ki, ölkənin bütün regionlarının kəndlərində tibb mərkəzlərinin yaradılması planlaşdırılır.

 

“İqtisadi yüksəliş məqsədlərimizə çatmağa imkan verəcək. İstəyirik ki, ölkəmizin ən ucqar kəndlərində birinci tibbi yardım almaq imkanı olmalıdır”, - o qeyd edib.

 

Layihə USAID, UKAID və UHC-nin maliyyə dəstəyi ilə həyata keçirilib. "PROACT-Care" layihəsinin icrasında ÜST-ün Azərbaycanda ofisinə TƏBİB, Şamaxı rayonu İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Heydər Əliyev Fondu və UNICEF kömək edib.

 

Yaxın gələcəkdə layihənin ölkənin digər rayonlarına da genişləndirilməsi planlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir