Uşaqların peyvəndlənməsi gündəmdə – MÜTƏXƏSSİS ŞƏRHİ
02.07.2021 13:41

Uşaqların peyvənd edilməsi ilə bağlı suallar yenə gündəmə gəldi.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislər 18 yaşdan yuxarı hər kəsin peyvəndlənə biləcəyini açıqlayır. Lakin peyvənd tətbiq ediləcək yaş qruplarında yaş həddi azaldıqca peyvənd dozasının da miqdarının dəyişəcəyi fikirləri və bu istiqamətdə aparılan sınaq nəticələrinin qiymətləndirilməsi son mərhələyə çatmayıb.

 

Digər tərəfdən mütəxəssislər onu da bildirir ki, aşağı yaş qruplarını yoluxmadan qorumaq üçün yetkin yaşlıların daha geniş miqyasda peyvəndlənməsini aparmaq lazımdır.

 

Bununla bağlı İsrail təcrübəsi xüsusi diqqət çəkir. İsraildə böyüklərin peyvəndlənməsinin fəal tətbiqi nəticəsində əhalinin immun sisteminin yüksəlməsində 70% göstərici əldə edilib.

 

Mütəxəssislər həmçinin peyvəndlərin uşaqların orqanizmində nə dərəcə qoruma təmin edə biləcəyinin də sual altında olduğunu bildirib. Çünki İngiltərə nümunəsində, hələ böyüklərin peyvəndlənməsindən sonra Delta variantına yenə də yüksək yoluxmanın baş verdiyi görülməkdədir. Həm araşdırmalar göstəri ki, Delta variantına qarşı tək bir doza təsirli deyil.

 

“Ümumilikdə yoluxmanın yayılmasının əsas səbəbi peyvənd edilməmiş qruplardır. Hazırda İngiltərədə yoluxan əhalinin 85%-i peyvənd olunmayanlardır. Nəzərə alsaq ki, uşaqlar da peyvən edilməyən qrupa aiddir, bu məqsədlə dünya səviyyəsində azyaşlıların da peyvənd olunması yolları araşdırılır”, – deyə bildirilib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib