Azərbaycanla Kuba arasında tibb sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub - GÖRÜŞ
02.07.2021 12:00

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla ilə görüşüb.

 

Aztibb.az xəbər verir ki, toplantını giriş sözü ilə açan səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Kuba hökumətinə və tibb heyətinin rəhbəri professor Dalsi Torres Avillanın timsalında pandemiya ilə mübarizədə ölkəmizə dəstək olanlara təşəkkürünü bildirib. O, gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Teymur Musayev həmçinin ölkəmizdə vaksinasiyanın mərhələli, sürətlə davam etdiyini və qısa müddətdə müsbət nəticəyə nail olacağımıza inandığını qeyd edib.

 

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo çıxışında pandemiya ilə mübarizədə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatının tədbirlərində fəal iştirak etdiyini vurğulayaraq, Azərbaycan təcrübəsinin dünyada nümunəvi olduğunu diqqətə çatdırıb. Kubalı səfir bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.

 

Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsi Torres Avilla öz növbəsində yaradılan şəraitə və göstərilən diqqətə görə rəhbərlik etdiyi heyət adından təşəkkürünü bildirib. Kubalı professor koronavirusa qarşı qazanılan uğurun birgə əməyin nəticəsi olduğunu vurğulayıb.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub