ÜST koronavirusa qarşı peyvəndləmədə eyni vaksinin iki dozasından istifadəni tövsiyə edir
01.07.2021 15:35

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müxtəlif vaksinlərin tətbiqinin təsirlərinin hələ tam öyrənilməməsi səbəbindən, eyni vaksinin iki dozası ilə koronavirusa qarşı peyvənd olunmağı tövsiyə edir. 

 

Aztibb.az xəbər verir ki, bu barədə ÜST-ün immunizasiya departamentinin rəhbəri Keyt O'Brayen tviterdə yayımlanan sual-cavab seansı zamanı bildirib.

 

O, bildirib ki, onlarda bununla bağlı yalnız bir məlumat var: ilk doza “AstraZeneca” İngiltərə-İsveç şirkətinin istehsalı olan peyvənd vurulduqdan sonra Amerikanın “Pfizer” şirkətindən vaksin dozası tətbiq edilib. Bu halda “qarışıq” immunizasiyanın mümkünlüyünə dair məlumatlar var.

 

“Lakin, bu haldan başqa, qarışıq vaksinasiya cədvəli haqda immun reaksiyasının davam edib-etməyəcəyi və istifadəsinin təhlükəsiz olub-olmadığı barədə hələ məlumatımız yoxdur”, - deyə o vurğulayıb. “Araşdırmalar davam edir, biz yaxın aylarda bu barədə məlumatları alacağımızı gözləyirik”, - deyə ÜST departamentinin rəhbəri davam edib. “Hazırda isə, biz hələ ki, iki dozanın tələb olunduğu hallarda, hər iki doza üçün eyni vaksindən istifadə edilməsini tövsiyə edirik”, - deyə o, qeyd edib.

 

Vaksinasiya olunan insanlarda koronavirusdan müdafiənin müddəti barədə suala O'Brayen birbaşa cavab verməyib və bu sahədə “araşdırmaların aparıldığını” qeyd edib. O, xatırladıb ki, COVID-19 əleyhinə vaksinlər yalnız bir il əvvəl hazırlanıb, buna görə də “monitorinq aparmaq və bundan əlavə anticisimlərin orqanizmdə qaldıqları müddəti öyrənmək üçün vaxt lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir