Alimlər qan damlası ilə hormonları ölçən mikroçip hazırlayıblar - TƏDQİQAT
01.07.2021 18:48

Rutgers Universitetinin tədqiqatçılar qrupu qanın bir damlası ilə real vaxtda stress hormonlarını ölçə bilən mikroçip hazırlayıblar.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, alimlər tədqiqatın nəticələrini "Science Advances" jurnalında dərc etdiriblər.

 

Hazırda kortizol səviyyəsinin ölçülməsi üçün bahalı və nəhəng laboratoriya qurğuları tələb olunur. Tədqiqatçılar gündəlik həyatda onun qanda səviyyəsini izləmək üsulunu axtarırdılar. Onlar biomolekulların aşağı səviyyələrini də aşkar edə bilən, insan saçından daha incə sensorları qurmaq üçün istifadə olunan kompüter çiplərinin istehsalı texnologiyasından yararlanıblar. Alimlər revmatoid artriti olan pasiyentlərin qanının 65 nümunəsində kiçik ölçülü qurğunun effektivliyini təsdiq ediblər.

 

"Nanosensorlardan istifadə kortizol molekullarını hər hansı başqa molekullardan və ya hissəciklərdən istifadəyə ehtiyac olmadan aşkar etməyə imkan verdi", - deyə tədqiqatın aparıcı müəllifi Reza Mahmudi bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır