Tibbi sığorta agentliyinin sədri Nizami Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub
30.06.2021 14:10

İyunun 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılmış və yeni inşa edilmiş Nizami Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami Tibb Mərkəzinin direktoru Nurməmməd Yarıyev agentliyin İdarə Heyətinin sədrinə tibb müəssisəsində görülən tədbirlər barədə məlumat verib. O bildirib ki, tibb müəssisəsinin inşası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilib: “Beş mərtəbəli tibb müəssisəsi 74 çarpayılıqdır. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar nevrologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz olunub. Funksional diaqnostika şöbəsi yeni nəsil kompüter tomoqrafiya, rentgenoqrafiya və flüoqrafiya aparatları ilə təmin olunub. Reanimasiya şöbəsində insultlu xəstələrə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Tibb müəssisəsinin laboratoriya şöbəsində kliniki və biokimyəvi analizlərin aparılması mümkündür”.

 

Qeyd edək ki, idarəetmənin mərkəzləşdirilməsi məqsədilə aparılan struktur dəyişikliyinə əsasən Nizami Tibb Mərkəzi özündə dörd tibb müəssisəsini birləşdirir. Bunlar 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 7 nömrəli Doğum Evi və “Azərsutikinti” Xəstəxanasıdır. Sözügedən tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarə olunması Nizami Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.

 

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, tibb müəssisəsində vətəndaşların icbari tibbi sığorta çərçivəsində vaxtında və keyfiyyətli tibbi xidmətlərlə təmin olunması vacibdir.

 

Daha sonra İdarə Heyətinin sədri tibb müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub