Reproduktiv sağlamlıq üzrə minimal ilkin xidmətlər paketinin əlaqələndirilməsi ilə bağlı təlimlər keçirilib
30.06.2021 09:32
Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində “Reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” üzrə təlimlər keçirildi.
 
Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu, İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB ilə birgə əməkdaşlıq çərçivəsində “Reproduktiv sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” üzrə həkimlər üçün təlimlər təşkil olundu.
 
BMT-nin Əhali Fondunun (UNFPA) dəstəyi ilə 8-25 iyun 2021-ci il tarixdə Bərdə, Göygöl, Mingəçevir və Gəncə şəhərlərində keçirilən təlimlər çərçivəsində həmçinin müraciət edən yerli sakinlər müayinə olundu və onlara müvafiq məsləhətlər verildi.
 
Təlimlər İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun Ambulator-diaqnostika şöbəsinin müdiri Gülnarə Rzayeva, mama-ginekoloq Tənzilə Ağayeva tərəfindən aparıldı.
 
Ekspertlər fövqəladə hallarda cinsi və reproduktiv sağlamlıq (CRS) üzrə tədbirlər, həmçinin cinsi və gender zorakılığı zamanı yardım və dəstək üçün yaranan maneələr, zorakılıq qurbanları üçün təşkil olunan tibb xidmətləri, fövqəladə hallar zamanı İİV və cinsi yolla yoluxan infeksiyaların profilaktikası barədə ətraflı məlumat verdilər.
 
Təlimlər çərçivəsində tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiyanın keçirilməsi planlaşdırıldı.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub