Diabetin inkişafı riskinə səbəb olan daha bir amil aşkar edilib
22.08.2020 17:46

Hindistan və Çindən olan alimlər qrupu siçanlar üzərində apardıqları tədqiqatın gedişatında yağlı qidaların və çirkli havanın sağlamlığa neqativ təsirlərini müqayisə ediblər. Məlum olub ki, sağlam olmayan ekologiya 2-ci tip şəkərli diabetin inkişafı riskində yağlı qidaların istehlakı qədər əsas rol oynayan amillərdəndir. 

 

Aztibb.az medportal.ru-ya istinadla xəbər verir ki, “Journal of Clinical Investigation” jurnalında dərc edilmiş tədqiqat çərçivəsində alimlər laboratoriya siçanları qrupunu 24 həftə ərzində Yeni Dehlidə və ya Pekindəki havanı imitasiya edən mühitə yerləşdiriblər. Gəmiricilərin daha bir qrupu isə yüksək yağlı qida qəbul ediblər, lakin bu vaxt ərzində onlar ekoloji təmiz mühitdə olublar.

 

Yarım il sonra alimlər aşkar ediblər ki, çirkli havadan dəyən zərər yağlı pəhrizdən gələn zərərlə müqayisə edilə bilər – hər iki amil insulinə müqavimət və prediabet (gizli şəkər) üçün xarakterik olan qeyri-adi metabolizmə səbəb olub. Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu, epigenomdakı dəyişikliklərlə bağlıdır.

 

Mütəxəssislər bildirirlər ki, bununla belə, çirkli havanın səbəb olduğu dəyişikliklər bərpa edilə bilir: siçanlar ekoloji təmiz mühitə yerləşdirildikdə onlarda yaranan prediabet simptomları zəifləməyə başlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib