“Sağlam həyat tərzi. Zərərli vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda tədbir keçirilib
29.06.2021 10:05
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.
 
 
Bu istiqamətdə “Sağlam həyat tərzi. Zərərli vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda növbəti tədbir Salyan Rayon İcra Hakimiyyətində təşkil olunub. 26 iyun – Narkomanlığa və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan tədbirdə gənclər iştirak ediblər.
 
 
Toplantıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Zümrüd Kazımova çıxış edərək sağlam həyat tərzinin əsas amillərindən söz açıb və zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri barədə ətraflı məlumat verib.
 
 
Yekunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub