ÜST: Dünya yeni pandemiyaya hazırlaşmalıdır  
29.06.2021 10:00

Dünya ictimaiyyəti koronavirusun indiki pandemiya dərslərindən ibrət götürməli, yeni epidemiyalara və pandemiyalara hazırlaşmalıdır.

 

Aztibb.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

 

"Biz hamımız pandemiyanın dərslərindən nəticə çıxarmalıyıq”, - deyə o, əlavə edib. ÜST rəhbəri vurğulayıb ki, yeni epidemiyalara və pandemiyalara hazırlıq, onların qarşısını alması, üzə çıxarılması və pandemiyalara ümumi səhiyyə xidmətləri və güclü ilkin tibbi yardım əsasında reaksiya vermək üçün hər şeyi etmək lazımdır.

 

COVID-19 pandemiyasından danışan Qebreyesus diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə cəlb edib. Onun sözlərinə görə, hazırda koronavirusa qarşı peyvəndlər 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risk altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyillər.

 

"Əgər ölkələr dərhal peyvəndləri COVAX mexanizmi ilə paylaşsalar və istehsalçılar COVAX sifarişlərinə üstünlük versələr, onda sentyabr ayına qədər hər ölkənin əhalisinin azı 10 %-ni və ilin sonuna qədər isə azı 40 %-ni peyvənd edə bilərik", - ÜST rəhbəri deyib.

 

O, xatırladıb ki, sentyabr ayına qədər əlavə olaraq 250 milyon doza peyvənd tapmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir