Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin növbəti onlayn toplantısı keçirilib
22.08.2020 11:38
Hər ay mütəmadi olaraq keçirilən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) növbəti vebinar toplantısı avqustun 21-də onlayn qaydada təşkil olunub.
 
Vebinarda  AOC-un idarə heyətinin üzvləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və müxtəlif təşkilatların peşakar mütəxəssisləri, Türkiyə Cümhuriyyəti Oftalmoloqlar Dərnəyinin sədri Sunay Duman, eləcə də Yevlax, Şəki, Gəncə, Bərdə, Mingəçevir, Masallı, Göyçay, Ağdamın Quzanlı qəsəbəsi, Neftçala və respublikamızın digər regionlarının oftalmoloqları iştirak ediblər.
 
Avrasiya Hospitalının mütəxəssisi, Dr. İmran Carullazadənin moderatorluğu ilə keçirilən tədbirdə müxtəlif mövzularda 5 məruzə dinlənilib.
 
Daha sonra mütəxəssislər tərəfindən, öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallar məruzə edilib.
 
Tədbirdə Dr. İmran Carullazadənin “Ptoz və onun müalicəsi”, Türkiyədən toplantıya qoşulan Dr. Pelin Kaynakın “Entropium, Ektropium”, Dr. Bengü Ekinci Köktekirin “Belefaroplasti” , Milli Oftalmologiya Mərkəzindən t.ü.f.d. Ruhəngiz Balayevanın “Göz qapaqlarının bədxassəli törəmələri” və t.ü.f.d. Günay İbrahimzadənin “Dəri autograftının istifadəsi ilə göz qapaqlarının rekonstruksiyası” adlı məruzələri dinlənilib.
 
Mövzular ətrafında müzakirələr aparılıb və təkliflər səsləndirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub