“TURKOVAC”la bağlı tədqiqatlara 5 ölkə qoşuldu
27.06.2021 17:42

Türkiyənin koronavirus peyvəndi “TURKOVAC”ın 3-cü faza tədqiqatlarına Türkiyədən başqa 5 ölkə daha cəlb edilib.

 

Aztibb.az xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin Azərbaycan, Macarıstan, Polşa, Özbəkistan və Qırğızıstandan mövzu ilə bağlı müsbət rəy aldığı öyrənilib.

 

“TURKOVAC”ın Erciyes Universiteti, Səhiyyə Nazirliyi və Türk Sağlamlıq İnstitutlarının rəhbərliyi ilə əməkdaşlığı çərçivəsində baş tutacaq 3-cü faza tədqiqat işində müəyyən olunan şərtlərə cavab verən 18-55 yaş arası 40,800 iştirakçı könüllü peyvəndlənəcək.

 

Yerli peyvəndin 3-cü faza tədqiqatlarının Türkiyədən başqa beş ölkədə də aparılacağı bildirilib.

 

Sağlam könüllülərlə aparılacaq 3-cü faza klinik tədqiqatı peyvəndin təhlükəsizliyini və effektivliyini təyin etmək məqsədi daşıyır. 

 

5 ölkədəki sınaqlarda fərqli nəticələrə görə qiymətləndirmələrin də fərqli olacağı proqnozlaşdırılır. Peyvənd olunmuş könüllülər 1 il ərzində yaxından izləniləcəkdir.

 

“TURKOVAC” peyvəndinin oktyabr ayında, təcili istifadənin isə noyabr ayında təsdiqlənəcəyi gözlənilir. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib