Koronavirus dənizdən və hovuzdan keçə bilərmi? – DİQQƏT!
26.06.2021 17:24

Koronavirusun dənizdən və ya hovuz suyundan keçib-keçməməsi ilə bağlı suallar narahatlıq yaratmaqdadır.

 

Mütəxəssislər bildirib ki, ictimai fəaliyyətlər koronavirusa qarşı fərdi qoruyucu tədbirlərin görülməsi şərtilə, sıxlıq yaratmayacaq bir şəkildə təşkil edilməlidir.

 

Aztibb.az xəbər verir ki, xüsusilə dəniz suyundan koronavirusa yoluxma ehtimalı çox azdır.

 

Lakin dənizdə və hovuzda diqqət etməli olduğumuz qaydalardan biri də məsafədir. Suda olduğumuz zaman heç bir maska taxmadığımız üçün izdiham yaratmamalı, məsafə saxlanılmalıdır. Dənizdən və hovuzlardan bu şərtlə faydalanmaq daha doğrudur. 

 

Əlavə olaraq, insanların çox təmasda olduğu bölgələrə, sahələrə toxunduqdan sonra əllər tez bir zamanda dezinfeksiya edilməlidir. Həm girişdə, həm də çıxışda hovuzlara girən insanların duş qəbul etməsi təmin olunmalıdır. 

 

Hovuza girməzdən öncə, müxtəlif dəri və göbələk infeksiyalarına qarşı hovuz girişlərində dezinfeksiyaedici sahələr təşkil edilməlidir ki, ayaqlar orada dezinfeksiya edilsin. 

 

Dəniz və ya hovuz ətrafında sosial obyektlərdə 1 nəfər üçün 4 kvadratmetr və hovuzda 8 kvadratmetrlik aralıq qorunmalıdır. 

 

Bundan başqa, hovuzun xlor konsentrasiyası da çox vacibdir. Dənizdə duzlu su olduğundan təbii qoruma var. Ona görə hovuz suyundakı xlor konsentrasiyası davamlı olaraq tənzimlənməlidir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib