ÜST: “Delta” ştammı ilkin koronavirusdan iki dəfə daha yoluxucudur
25.06.2021 15:29

“Delta” ştammı ilkin koronavirusdan iki dəfə daha yoluxucudur.

 

Aztibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan deyib.

 

"Ddelta” variantı artıq 85-dən çox ölkədə mövcuddur. O, ilkin SARS-CoV-2 virusundan ən azı iki dəfə daha yoluxucudur", - deyə Svaminatan Sumiya "Twitter"də yazıb.

 

Alim qeyd edib ki, bu cür ştaьmı olan insan "iki, dörd, altı və hətta səkkiz nəfər"i xəstəliyə yoluxdura bilər. Bu səbəbdən bütün ailə tərəfindən xəstəliyə yoluxma daha geniş yayılıb.

 

O, həmçinin dünyada vaksinlərin əksəriyyətinin, ən azından xəstəliyin ağır keçməsinin qarşısını almaqda səmərəli olduğunu bildirib. Mütəxəssis əlavə edib ki, vaksinasiyanın vacibliyinə baxmayaraq, insanlar maska və əlcək taxmağa davam etməli və sosial məsafəni qorumalıdırlar.

 

ÜST-nin məlumatına görə, koronavirusun Hindistan variantı (B.1.617) oktyabr ayında aşkar edilib. Daha sonra üç alt növ müəyyən edilib: B.1.617.1, B.1.617.2 ("delta") və B.1.617.3. Onlar bir neçə mutasiya ilə fərqlənirlər. Alimləri ən çox "delta" ştaMmı narahat edir. Onun mutasiyası davam edir, bu yaxınlarda “delta-plus” (B.1.617.2.1) ştamının yarandığı da məlum olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir