Narkomanlığa və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı videokonfrans keçirilib
25.06.2021 10:00
Bakı şəhərinin Nəsimi rayonunda 26 iyun - Narkomanlığa və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar videokonfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun Milli informasiya sektorunun, rayon Polis İdarəsinin, eləcə də rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, həmçinin rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssələrinin tələbələri və tam orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri iştirak ediblər.
 
Konfransda Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasnın sədri Zahid Xəlilov, Nəsimi rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin əməkdaşı, polis kapitanı Yeganə Zeynalova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, ”Məşədi Dadaş Zülfüqaroğlu məscidi” dini icmasının rəhbəri Şahin Həsənov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev çıxış ediblər.
 
Onlayn konfransda sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb.
 
Həmçinin İSİM-in şöbə müdirinin müavini Ülkər Camalova geniş təqdimatla çıxış edərək, zərərli vərdişlərin və narkomaniyanın insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə ətraflı məlumat verib. O, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub