İranda məscidlərdə matəm mərasimləri qadağan edilib
22.08.2020 10:59

İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən, Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib.

 

Aztibb.az xəbər verir ki, bu, Tehran vilayəti Məscidlərinin Məsələlərinin Araşdırılması üzrə Mərkəzinin qərarında qeyd olunub.

 

Məhərrəm ayının başlanması ilə əlaqədar bildirilir ki, Tehran vilayətində koronavirus güclü şəkildə yayıldığına görə, rəsmilər yeni qərarın icra olunmasının zəruriliyini vurğulayıblar. Yeni qərar barədə tənqidlər olsa da, İranın dini liderinin İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar göstərişi nəzərə alınaraq, məscidlərin imamları, təşkilatçılar və məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimlərini, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinməlidirlər. Əhali namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənməlidir.

 

Həmçinin açıq məkanları (məscidlərin həyətləri və s.) olan məscidlərdə matəm mərasimləri səhiyyə protokolları əsasında keçirilə bilər. 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər