"Təbib” qəzetinin baş redaktoru Mətbuat Şurası tərəfindən mükafatlandırılıb
24.06.2021 12:49
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.
26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində iştirak etmiş oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastandır. Bu müharibə xalqımızın əzminin və iradəsinin təcəssümüdür: “Biz, media ictimaiyyətinin nümayəndələri fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Sizlərin – tədbirimizə toplaşan Vətən müharibəsi iştirakçısına çevrilmiş həmkarlarımızın fədakarlıqlarını, təəssübkeşliklərini yüksək qiymətləndiririk. Sizlərə təşəkkür üçün nə desək azdır, haqqınız ödənilməzdir. Unutmayın ki, keçdiyiniz şərəfli ömür yolu böyük örnəkdir. Həm də ona görə örnəkdir ki, sizlər qələminizi süngüyə dəyişmək cəsarətini göstərdiniz”.
Qeyd olunub ki, Vətən müharibəsinin gedişində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri cəbhədə döyüşən jurnalistləri diqqətdə saxlayıb, onların ailə üzvləri ilə mütəmadi təmaslar yaradıblar.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının saytında Vətən müharibəsində döyüşmüş jurnalistlərlə bağlı ayrıca bölmənin yaradılması, onlarla bağlı məlumatların sistemləşdirilməsi təklif olunub. Həmçinin müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
Sonda Vətən müharibəsinin iştirakçısı olmuş jurnalistlər Mətbuat Şurasının “Qələmdən süngüyə” mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, təltif olunanlar arasında Azərbaycan Tibb Universitetinin əməkdaşı, “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev də var. O, 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib, Şuşa ətrafında yaralanıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Şücaətə görə” medalı ilə təltif edilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08

