Səhiyyə təşkili üzrə təlim keçirilib - Azərbaycan Tibb Universiteti
22.06.2021 15:10
İctimai səhiyyə fakültəsində yeni növ təlimlərə start verildi.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə səhiyyə təşkili üzrə təlim keçirilib. Təlimdə səyyar xəstəxanaların qurulması prinsipləri, zərərçəkmiş şəxslərə, o cümlədən avtomobil qəzalarında zərərçəkənlərə ilk tibbi yardım və digər mövzularda müzakirələr aparılıb.
 
Təlimin açılışında çıxış edən ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev gələcəyin həkimləri üçün bu mövzuda praktiki bacarıqlarının olmasının böyük əhəmiyyət kəsb etdiyini, bu baxımdan belə treninqlərin vacib olduğunu qeyd edib.
 
Daha sonra ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dissertantı Qasım Əmrahlı mövzu ilə bağlı bir çox məsələlərə toxunub. Təlim zamanı tibbi avadanlıqlardan rahat və sərbəst şəkildə istifadə etməklə verilən tapşırıqların dəqiq və düzgün yerinə yetirilməsinə diqqət olunub.
 
Təlimdə, həmçinin səyyar tibb məntəqələrinin qurulması, ilk tibbi yardım zamanı ilk öncə şəxsi təhlükəsizliyin qorunması prinsipləri, zərərçəkmişin vəziyyətinin düzgün qiymətləndirilməsi və qrup şəklində fəaliyyət növlərinin düzgün bölünməsi və ardıcıllığı, avtomobil qəzaları və digər hallarda zərərçəkmiş şəxsin ərazidən uzaqlaşdırılması, rəngli kodların aktivləşdirilməsi kimi məsələlərə diqqət yetirilib.
 
Qeyd edək ki, ictimai səhiyyə üzrə bu kimi təlimlərin hər həftə keçirilməsi planlaşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub